Tərtərdə oğul ata və anasını amansızcasına qətlə yetirdi

4-10-2015, 19:19
0
Tərtərdə oğul ata və anasını amansızcasına qətlə yetirdi

Ötən gecə Tərtərdə dəhşətli qətl hadisəsi baş verib. Rayon prokurorluğundan “Report”a verilən məlumata görə, Cəmilli kənd sakini, 26 yaşlı Nəsibov Qurban Xanbaba oğlu yaşadığı evdə yatmış vəziyyətdə olan 1954-cü il təvəllüdlü atası Nəsibov Xanbaba Qurban oğlunu və 1958-ci il təvəllüdlü anası Nəsibova Nazlı İbrahim qızını baş nahiyəsindən küt alətlə vuraraq qətlə yetirib.

Hazırda Nəsibov Qurban şübhəli şəxs qismində saxlanılıb.

Rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.

скачать dle 12.1
Xəbər lenti