Azis yenidən Bakıya gəlir – Video

4-09-2015, 06:31
0
Azis yenidən Bakıya gəlir – Video

Bolqar müğənnisi Azis tezliklə Bakida 2-ci konsert proqramı ilə çıxış edəcək.

 

  Axar.az xəbər verir ki, bu barədə məlumatı Azisin birinci konsertinin təşkilatçısı Samir Xəttab Feysbukdakı şəxsi hesabında paylaşıb. Təşkilatçı bildirib ki, Azisi yenidən Bakıya dəvət etməklərinə səbəb onun konsertinə tələbatın böyük olmasıdır:

 

  “Azis tezliklə Bakıda 2-ci konsert proqrami ilə çıxış edəcək. Bu konsert daha möhtəşəm, daha qeyri-standart keçəcək. Gözləmədiyiniz sürprizlər olacaq. Sizi konsertin başından sonuna kimi möhtəşəm şou gözləyir. Tezliklə tarix və məkan açıqlanacaq”.

 

  Xatırladaq ki, Azisin ilk Bakı konserti bu ilin iyul ayında baş tutub. Anşlaqla keçən konsert birmənalı qarşılanmayaraq, uzun müddət medianın gündəmindən düşməyib. 

 

скачать dle 12.1
Xəbər lenti