İŞİD kimyəvi silah istehsal etmək üçün xüsusi bölmə yaradıb

20-11-2015, 12:24
0
İŞİD kimyəvi silah istehsal etmək üçün xüsusi bölmə yaradıb
İŞİD  terror qruplaşması kimyəvi silah hazırlamaq üçün  xüsusi bölmə yaradıb, tədqiqatlar və sınaqlar üçün İraq, Suriya, həmçinin digər regionlardan olan alimlər cəlb olunub. FaktXeber.org-un Assoşieeyted Press-ə istinadən məlumata görə, bu barədə İraq və Amerika kəşfiyyatı xəbər verib.
 
Amerikalı məmurlar  anonimliklərini qorumaq şərtilə bildiriblər ki,  İŞİD-in yeni növ silah, məsələn, sinir-iflic  fəaliyyətli qaz  hazırlamaq imkanları yoxdur. Hazırda  İŞİD və Suriyada döyüşən terrorçular  xardal qazından istifadə edirlər.
 
Qeyd edək ki, dünən Fransanın baş naziri  Manuel Vals da  terrorçuların  kimyəvi və bakterioloji silahdan istifadə etdiklərini istisna etmədiyini bildirmişdi.
скачать dle 12.1
Xəbər lenti