Bit dərmanı içən qubalı icra məmuru öldü

10-12-2015, 12:53
0
Bit dərmanı içən qubalı icra məmuru öldü
Quba rayonunda dərmandan zəhərlənən icra nümayəndəsi dünyasını dəyişib.
 
Quba Rayon İcra Hakimiyyəti başçısının Xınalıq inzibati ərazi vahidliyi nümayəndəsi Fizuli Şərifov bu gün axşam saatlarında ölüb.
 
O, dərman zəhərlənməsi diaqnozu ilə ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırılır.
 
Xatırladaq ki, F.Şərifov dekabrın 2-də intihara cəhd etmişdi. Quba xəstəxanasının baş həkim müavini Əlyar Sərvərovun sözlərinə görə, o, niafidol adlanan, maye halında olan 1 şüşə bit dərmanını içib. Xınalığın 48 yaşlı nümayəndəsi Füzuli Şərifovun hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil.
скачать dle 12.1
Xəbər lenti