Qambiya özünü İslam Respublikası elan etdi

13-12-2015, 17:21
0
Qambiya özünü İslam Respublikası elan etdi
Qambiya prezidenti  Yahya Camme bu gün ölkəsini  İslam Respublikası elan edib. Bu barədə dövlət başçısının rəsmi səhifəsində məlumat verilib.
 
"Bu gündən etibarən  Qambiya - İslam dövlətidir. Biz vətəndaşların haqqına hörmətlə yanaşan İslam dövləti olacağıq", deyə bəyanatda bildirilir.
 
Qeyd edək ki, Qambiya sakinlərinin 90 faizi özlərini müsəlman sayırlar, bununla belə bu günə qədər ölkədə dövlət dini olmayıb.
Bu gün dünyada 4 İslam Respublikası var: İran, Pakistan, Əfqanıstan və Mavritaniya.
скачать dle 12.1
Xəbər lenti