Terrorçuların müharibə naziri öldürüldü

7-01-2016, 14:33
0
Terrorçuların müharibə naziri öldürüldü

“RT” telekanalına istinadən verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının müharibə naziri kimi tanınan terrorçu Samir Məhəmməd Mətlub Əl-Məhlavi öldürülüb.

İraq Müdafiə Nazirliyinin verdiyi açıqlamaya əsasən, Əl-Ənbar vilayətində Əl-Məhlavinin yeri haqda dəqiq məlumat əldə edildikdən sonra İraq Hərbi Hava qüvvələri oranı bombardman ediblər.

Nəticədə o və onunla birgə olan daha üç nəfər məhv edilib. Ölənlərdən biri Əl-Qaidənin İraqdakı keçmiş lideri Əbu Məsəb Əl-Zərqavinin yaxın adamı Əbu Hədvan Əl-Ravidir.

скачать dle 12.1
Xəbər lenti