Bakıda şagirdlərdən maska taxmaq və spirtlənmək tələb olunur

19-02-2016, 15:37
0
Bakıda şagirdlərdən maska taxmaq və spirtlənmək tələb olunur
Azərbaycanla sərhəd ölkələrdə “donuz qripi” xəstəliyi sürətlə yayıldığı və vəziyyətin gərgin olduğu nəzərə alınaraq, ölkəmizdə epidemioloji tədbirlər gücləndirildi. Bütün məktəblər, məktəbəqədər təhsil müəssisələri, ali təhsil ocaqları, ictimai nəqliyyat vasitələri dezinfeksiya edilir. Eyni zamanda sərhəd məntəqələrində də bu işlər gücləndirilmiş şəkildə aparılır. Bütün bu tədbirlər nəticəsində ölkəmizdə epidemioloji vəziyyətin sabit olduğu və “donuz qripi”nin aşkarlanmadığı bildirilir.
 
Bəzi məktəblərdə dezinfeksiya işləri və girişlərdə filtr yerləşdirilməsi ilə yanaşı, şagirdlərə maska taxılması, əllərinin spirtlənərək sinif otağına keçməsi tapşırılıb. Bir neçə məktəbdə belə halın müşahidə edilməsi haqqında bir müddət əvvəl yazmışdı.
 
Valideynlər tərəfindən artıq çoxsaylı müraciətlər daxil olur ki, paytaxt məktəblərinin bir çoxunda tələblər irəli sürülür. Belə ki, müəllim tərəfindən valideynlərə məlumat verilir ki, onlar spirt və maska alsınlar. Uşaqlar isə hər dəfə sinifə keçərkən əllərini spirtləyib, sonra dərslərinə başlasınlar.
 
Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, “donuz qripi” xəstəliyinə qarşı mübarizə məqsədilə tədbirlərin görülməsi barədə bu qurum tərəfindən məktəblərə hər hansı göstəriş verilməyib. Eyni zamanda, “donuz qripi” xəstəliyinə yoluxma və ya bununla bağlı şagirdlərin tədris prosesindən uzaqlaşdırılması  ilə əlaqədar Nazirliyə heç bir müraciət daxil olmayıb.
 
Nazirlikdən həmçinin bildirilib ki, uşaşqların əllərinin spirtlənməsi və ya maska taxması haqqında da onlar tərəfindən məktəblərə hər hansı təlimat verilməyib.
скачать dle 12.1
Xəbər lenti