Qəbələ sakinlərini Ermənistan tərəfə keçməyə vadar edən kimlərdir?

28-02-2016, 21:01
0
Qəbələ sakinlərini Ermənistan tərəfə keçməyə vadar edən kimlərdir?
Qəbələnin Kötüklü kənd sakinləri fevralın 27-nə keçən gecə Ağdama gələrək Ermənistan tərəfə keçməyə çalışıblar. Əllərində ağ bayraqla 25 nəfər Qəbələ sakini Ağdama keçərkən polis işçiləri onları mühasirəyə alıblar. Bu barədə hadisə iştirakçısı, hazırda Ağdamda olan Qəbələ sakini Ramin İsmayılov Meydan TV-yə məlumat verib.
 
O bildirib ki, etirazlarının səbəbi Nəbiyevlər ailəsinin Qəbələdə onlara qarşı etdiyi haqsızlıqdır. “Nəbiyevlər uşaqlarımızı şərləyib tuturlar. “Azərişıq”-ın Bakı üzrə nümayəndəsi Qara Nəbiyev, vergilər nazirinin müşaviri Müsavər Nəbiyev,  Kötüklü kəndinin  icra nümayəndəsi İkram Nəbiyev Qəbələ rayonunu ələ alıblar. Onlar bizi yaşamağa qoymurlar. Kiminsə evinə, maşınına narkotik atıb tutdururlar. Bundan bezib Ermənistan tərəfə keçmək istədik. Özümüzü erməni gülləsinin qarşısına verib canımızı Nəbiyevlərin zülmündən xilas etmək istəyirdik”.
 
Ermənistan tərəfə keçmək istəyən 25 nəfər olmaqla 8 ailə Ağdam polis şöbəsindədir. Ailələr Prezident Administrasiyasından bir nəfər nümayəndənin gəlib onların şikayətləri ilə maraqlanmasını istəyirlər. 
 
Xəbərdə adı keçən şəxslərlə danışıb, əlavə məlumat verəcəyik. 
скачать dle 12.1
Xəbər lenti