Dana oğrusu Azərbaycan gəncliyinə müraciət etdi - VİDEO

2-03-2016, 18:27
0
Dana oğrusu Azərbaycan gəncliyinə müraciət etdi - VİDEO
Kürdəmirdə oğurluq hadisəsi baş verib. Rrayonun Qarasaqqalı kənd sakinləri Cavad Məmmədov və Cabir Abdullayev qabaqcadan əlbir olaraq Kürdəmirin Karrar kənd sakini Mayisə İsgəndərovanın həyətindəki tövlədən 3 iribuynuzlu heyvanı oğurlayıblar. 
 
Daha sonra inəyi Ağsu rayonundakı mal bazarında həmin rayonun Çiyni kənd sakini Sahibə Abdulovaya  590 manata satıblar. 
 
Saxlanılan şəxs: “2 dana, 1 inək götürdük. Çox peşmanam. Azərbaycan gəncliyinə sözüm odur ki, oğurluq eləməsinlər. Oğurluq çox pis şeydir. Kimin xoşuna gələr ki? Zəhmətlə pul qazansınlar”.
 
Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin üstü açılıb və inək sahibinə qaytarılıb. 
 
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparilir.
скачать dle 12.1
Xəbər lenti