Şəhidlərə sayğınız budur?

4-04-2016, 04:54
0
Şəhidlərə sayğınız budur?

Məlum alovlanan Qarabağ savaşı və şəhidlər…


Ölkədə hökm sürən avtoritar rejimin Qarabağa münasibəti aşağı yuxarı hər kəsə məlumdur: ata Əliyevin Rusiya adamı olması, hakimiyyətə gəlmək üçün Qarabağı Ermənistanın görünümündə Rusiyaya peşkəş etməsi və.s


Şəhidlərə, qazilərə və qaçqınlara olan münasibəti də göz önündə.


Şəhidlərə olan sayğısızlıq, qaziləri intihara sövq etmə, qaçqınların üzərindən büdcə pullarını mənimsəməsi…


Mövzum yarıtmaz hakimiyyət deyil.


Heç olmasa bu ağır günlərdə hakim rejim şəhidlərə qarşı həssas davrana bilərdi. Hətta biraz ağıl işlətsə bu durumdan özünün yox olmuş imicinə divvident də qazanardı. Bunu deyərkən düşünməyin ki, siyasi hakimiyyət bu durumdan istifadə edərdi düşüncəsindəyəm. Əsla. Sadəcə divident qazanardı dediyim, yəni olmalı olanı edərdi və bu da istənilən halda az da olsa yumuşalma ilə nəticələnərdi. Amma o da məlum ki, rejimin başbilənləri düşünməmək üzərində köklənib və hətta and içmiş kimi xalqa qarşı olduqca yuxarıdan aşağı baxmağı vəzifə borcu kimi icra edirlər.


*  *  *


Dünən Zaqatala rayonu Muxax kənd sakini, şəhid Rəvan Nurayevin dəfn mərasimi idi. Dəfndən bir gün öncə sosial şəbəkə vasitəsilə rayon əhalisinə müraciət edərək “gün birlik günü, hər kəsi dəfndə iştiraka, şəhidi son yolculuğuna yola salmaqda iştiraka səsləyirəm” deyə yazı yazmışdım. İnsafən Zaqataladan çox sayda insan dəfndə iştirak etdi.

Ancaq mərasimdə olması vacib adam, şəhər icra başçısı Mübariz Əhmədzadə gözümə dəymədi. Düşündüm ola bilməz, bəlkə video lentə görüntüsü düşməyib. Dəfndə iştirak edən bir neçə nəfərdən maraqlandım. Hamısı da aşağı-yuxarı eyni cavabı verdi: “Mübariz müəllim belə yerlərə qatılmır. Burda adam çox olacağı məlum idi, ona görə gəlməzdi, gəlmədi də”. Niyə, nəyə görə xalqa xidmət etməli olan birisi xalqın içinə çıxmağı özünə sığışdırmır? Nə üçün şəhidin qanı hesabına oturduğu yumuşaq kreslodan yumuşaq yerini qaldırıb, 150 minlik “lexsus”unun yumuşaq oturacağına oturaraq 15 dəqiqəlik məsafədə yerləşən hüzur yerinə qatılmır? Axı bu şəhid vətən torpağının müdafiəsi zamanı, 19 yaşında dünyadan köçüb. Sənin yumuşaq kreslonda oturub həmin şəhiddə daxil olmaqla xalqın sərvətlərini həzm-rabedən rahat keçirəsən deyə. Bu haqda düşündüm və ağlıma bir şey gəldi. Başqa səbəb tapa bilmədim. Kim bilirsə yazsın, xəbərdar olaq.


Düşünərkən ağlıma ilk öncə Mübariz Əhmədzadənin qardaşı, Su Melorasiya komitəsi sədri Əhməd Əhmədzadə gəldi.


O Əhmədzadə ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının imzalanması günü müstəqilliyin əleyhinə səs vermiş 31 nəfərdən biridir. Azərbaycanın müstəqilliyinin əleyhidarı, Rusiya sevgisinin vətən sevgisini üstələdiyi bu adam günümüzdə nazir postundadır. Əlbət belə olmalı idi, digərləri kimi. Kim müstəqillik əleyhidarı olubsa, onlar yüksək postlara layiq görüldü.


Sözümün canı da elə budur. Zaqatala icra başçısı, şəhid dəfninə qatılmağı özünə əziyyət edən, xalqın çox olduğu yerə çıxmayan Mübariz Əhmədzadə də müstəqillik əleyhidarının qardaşıdı. Rusiyanın ölkəmizdəki adamıdır. Məlum savaş da bəlli ki Rusiyanın hücumu nəticəsində olmuş, şəhidimizin qanı Rusiyanın boynunda olduğu yerə Rusiya sevdalısı əlbət qatılmayacaq. Nə də olsa Əhməd Əhmədzadənin qardaşıdır.


Bir düşünün, hansı qatil öldürdüyü adamın dəfninə gedir?


Halbu ki, dövlətin üst məqamında oturanların borcu idi bu məqamda xalqın yanında olmaq.


Bunu da etmədiniz, bu şansı da qaçırdınız.


Sizi nə tarix, nə də xalq bağışlamayacaq, Rus köpəkləri!


Rəsul Mürsəlov.

скачать dle 12.1