İtən neftçinin meyiti Bakıya gətirildi

23-04-2016, 12:40
0
İtən neftçinin meyiti Bakıya gətirildi

Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyit Azərbaycana gətirilib. Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki , aprelin 18-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış və ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən birinin olduğu ehtimal edilən meyitin tanınması və Vətənə gətirilməsi üçün aprelin 22-də Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.   Qeyd olunan təyyarə aprelin 22-də geri dönüb və cəsəd aidiyyəti üzrə təhvil verilib.

 

скачать dle 12.1
Xəbər lenti