Daha bir vətəndaşı tikinti şirkəti aldadıb

7-05-2016, 20:26
0
Daha bir vətəndaşı tikinti şirkəti aldadıb

Çarəsiz qalan paytaxt sakini dövlət başçısından kömək istəyir

Bakının Nərimanov rayonu, Molla Cümə küçəsi ev 8, mənzil 12 ünvanında yaşayan Mübariz Heybətov tikinti şirkəti tərəfindən aldadıldığını deyir və haqqının özünə qaytarılması üçün dövlət başçısından kömək istəyir. O, bu məqsədlə prezidentə yazdığı məktubun surətini “Azadlıq”a da göndərib. Mübariz Heybətov məktubunda yazır:

“Şirkət rəhbərliyi 2008-ci ildən bugünə kimi düşünülmüş qaydada mənə haqsızlıq edib. Hüquqlarımın bərpası üçün hakimiyyət və məhkəmə orqanlarına  şikayətlər etmişəm.  Hazırda məhkəmənin gedişini müvəqqəti dayandırmışam. Hesab edirəm ki, ”Şərur” inşaat şirkəti rəhbərliyi  cəmiyyətin təpkisi nəticəsində mənə vurduğu maddi-mənəvi ziyanı bəlkə ödəyər.

2008-ci ilin 25 aprelində Xətai rayonu, Telnov küçəsində ayrılan torpaq sahəsində 8 bloklu 16 mərtəbəli binanın 4-cü blok 2-ci mərtəbəsində sahəsi 76,4 kvadrat metr olan birotaqlı mənzil üçün şirkətlə 52 min dollarlıq razılığa gəlmişik. Onun 39 min dollarını hüquqi və müqavilə sənədləri ilə ödəmişəm.  Müqaviləni şirkətin himayədarı olan  “Azərtikinti-ATF” MMC  ilə bağlamışam. 39 min dolları ödəyəndən sonra 13 min dolları ödəməyə gedəndə aldandığımı öyrəndim. Çünki sözügedən MMC rəhbərliyi və digər əməkdaşları tapılmadı.

Məsələ ilə əlaqədar “Şərur” inşaat şirkətinin rəhbəri Isfəndiyar Axundov və bir neçə əməkdaşla görüşdüm. Lakin mənə kömək edən olmadı. Amma əlavə olaraq 80-100 min dollar ödəməklə üçotaqlı mənzil almağı təklif etdilər.

“Şərur” inşaat şirkətindən mənə çatası 39 min dollar dəyərində və 39 min dollarlıq maddi-mənəvi ziyanın, ümumilikdə 78 min pul tələbinə dair iddia ərizəmin icraata qəbul edilməsinə və pulun mənə qaytarılmasına kömək edin”.

 

скачать dle 12.1
Xəbər lenti