Tramp Putinə yaxşı münasibət göstərməyəcək

18-05-2016, 15:39
0
Tramp Putinə yaxşı münasibət göstərməyəcək

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlik uğrunda mübarizə aparan Donald Trump prezident Putinin Ukraynanın şərqində apardığı siyasəti dəstəkləmədiyini deyib.

Siyasətçi bu barədə Reuters agentliyinə müsahibəsində bildirib.

Trupm həmçinin deyib ki, Vladimir Putinin xoş şərhləri ona ABŞ-la danışıqlarda kömək etməyəcək.

Ötən ilin dekabr ayında Rusiya lideri Donald Trump-ı prezident yarışının “mütləq lideri” adlandırmışdı.

“O, çox parlaq, şübhəsiz ki, istedadlı şəxsiyyətdır”, – Putin deyib.

Reuters agentliyinə müsahibəsində Trump həmçinin Şimali Koreya liderilə danışıqlara hazır olduğunu deyib.

May ayının əvvəlində Respublikaçılar Partiyasının iki namizədi mübarizəni tərk edib. Bundan sonra Donald Trump-ın partiyadaxili rəqibi qalmayıb.

скачать dle 12.1
Xəbər lenti