“Rosneft”in mənfəəti 75 faiz azalıb

8-06-2016, 18:48
0
“Rosneft”in mənfəəti 75 faiz azalıb

Rusiyanın ən böyük neft istehsalçısı olan Rosneft şirkətinin ilk rübdə xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 75 faiz azalaraq 14 milyard rubla (təxminən 215 milyon dollar) enib.

Bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Şirkətin ümumi satış gəlirlərinin isə bu ilin ilk rübündə ötən illə müqayisədə 21 faiz azalaraq 1 trilyon rubla gerilədiyi və vergi öncəsi mənfəətin isə keçən ilin eyni dövrünə görə 319 milyard rubldan 273 milyard rubla düşdüyü qeyd edilib.

Rusiyanın neft şirkətlərindən Bashneft və Qazprom Neft ilk rüb gəlirlərinin artdığını açıqlayıblar. Həmin dövrdə Lukoyl da ilk rüb mənfəətinin 59 faiz azalaraq 42,8 milyard rubla gerilədiyi bəyan etmişdi.

скачать dle 12.1
Xəbər lenti