Göyçayda yenə kütləvi zəhərlənmə: 22 nəfər xəstəxanalıq oldu

20-09-2016, 19:03
0
Göyçayda yenə kütləvi zəhərlənmə: 22 nəfər xəstəxanalıq oldu
Ötən gün Göyçayda yenə toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.
 
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyib ki, kütləvi qida zəhərlənməsi faktı rayonun Qaraməryəm kəndində keçirilən “palatka” toyunda qeydə alınıb.
 
İ. Abdullayev bildirib ki, hadisə zamanı 12-si uşaq olmaqla ümumilikdə 22 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib: “ Onlardan 16 nəfəri Qaraməryəm kənd xəstəxanasına, 6 uşaq isə Göyçay rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə yerləşdirilib. Xəstələrə tibbi yardım edildikdən sonra hamısı evə buraxılıb”.
 
İ. Abdullayev qeyd edib ki,  toy mərasimində istifadə olunan qida qalıqlarından götürülmüş nümunələr laboratoriya müayinəsi üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib: “ Zəhərlənmənin dəqiq səbəbi laboratoriya nəticələri bəlli olduqdan sonra dəqiqləşəcək, amma ilkin ehtimala görə, bu toyda da zəhərlənmə qida çirklənməsinə görə baş verib"
скачать dle 12.1
Xəbər lenti