Fələstinli əsirlərdən böyük müvəffəqiyyət

22-09-2016, 17:43
0
Fələstinli əsirlərdən böyük müvəffəqiyyət
Fələstinli əsirlərin  tələbinin qəbul olunması bütün əsirlər üçün böyük müvəfəqiyyətdir. «Əl-Yovm»a istinadla verdiyi məlumata görə, bu barədə Fələstin İslami Cihad Hərəkatı rəhbərlərindən  Şeyx Xızr Adnan bəyan edib.
 
Təqribən 3 aydır ki, aclıq aksiyası keçirən əsir qardaşlar Məhəmməd əl-Bülbül və Mahmud əl-Bülbül ilə əsir Əl-Kadi, inzibati həbsə qarşı başladıqları mübarizədə qalib gəlib.
 
Əsirlər heyətinin bununla bağlı yaydığı bəyanatda bildirilir ki, inzibati həbs cəzalarının  yenidən uzadılmaması qarşılığında  əsirlər aclıq aksiyasını dayandırıb. Fələstin İA müxbirləri yerli mənbələrə istinadla bildiriblər ki, anlaşmaya əsasən əsir Malik əl-Kadi inzibati həbslərinin bitməsi ilə əlaqədar  sabah buraxılacaq. Əsir qardaşlar Məhəmməd əl-Bülbül və Mamud əl-Bülbül isə 2016-cı ilin dekabrın 8-də azad ediləcəklər.
скачать dle 12.1
Xəbər lenti