Gürcüstan yeni parlamenti seçir

8-10-2016, 15:47
0
Gürcüstan yeni parlamenti seçir

Oktyabrın 8-də Gürcüstanda parlament seçkisi keçirilir.150 yer uğrunda 25-dən çox siyasi partiya və blok mübarizə aparır.

Seçkiyə namizəd kimi 30-a yaxın azərbaycanlı qatılıb. İlk dəfədir ki, azərbaycanlı namizədlər daha çox müxalifət sıralarından namizədliklərini irəli sürürlər. Hakim partiyanın cəmi 3 azərbaycanlı namizədi var.

Gürcüstanda 3.5 milyon seçici var.

Ekspertlər əsas mübarizənin hakim“Gürcü arzusu” ilə keçmiş prezident Mixail Saakashvilinin Vahid Milli Hərəkatı arasında getdiyini deyir.

Gürcüstanda son Konstitusiya dəyişikliyindən sonra parlamentin səlahiyyətləri gücləndirilib. Artıq hökuməti Gürcüstan parlamenti təşkil edir.

Sonuncu parlament seçkiləri 2012-ci ildə keçirilmiş və müxalifətdə olan “Gürcü koalisiyası” Saakashvilinin partiyasına qalib gəlmişdi.

скачать dle 12.1
Xəbər lenti