Mosul əməliyyatı ilə əlaqədar 3 kənd azad olunub

17-10-2016, 19:09
0
Mosul əməliyyatı ilə əlaqədar 3 kənd azad olunub
Bu gün səhər İraqda İŞİD-in işğal etdiyi ən önəmli şəhər sayılan Mosula qarşı əməliyyatlarbaşladığını xəbər vermişdik. Səhər saatlarında kürdlər artıq 3 kəndi azad ediblər. Hazırda Əl-Həmdaniyyə və Bəşiqə şəhərlərinə tərəf irəliləyişlər var. 
 
Veilən məlumatlara əsasən İraq ordu və könüllü qüvvələri İŞİD-in ilkin müdafiə xəttini yararaq, irəliləməkdədirlər.
 
Qeyd edək ki, 4 istiqamətdən başlayan hücumda kürdlərin pişmərgə döyüşçüləri Mosulun şimal və şimal-şərqin hissəsindən əməliyyatlara başlayıb. Onlar İŞİD-in intiharçı hücumlarına məruz qalıblar.
 
Mosulun cənubundan isə İraq federal polis dəstələri və ordu qüvvələri hücuma keçib. İraq ordusuna şiə və sünni könüllü qüvvələri də əsas dəstək sayılır. Bəzi məlumatlara əsasən İraq ordu və sünni və şiələrdən ibarət könüllü qüvvələrinin, habelə pişmərgələrin birgə ümumi sayı 60 nəfərdir.
скачать dle 12.1
Xəbər lenti