Səhiyyə xərcləri niyə azaldılır?

27-10-2016, 00:22
0
Səhiyyə xərcləri niyə azaldılır?

Samir Əliyev: «Hökumət büdcədən maliyyələşən təşkilatların sayını azaltmaq istəyir»

Azərbaycanda dövlət xəstəxanalarının statusunun dəyişməsi nəticəsində dövlət müəssisələrinin fəaliyyətində heç bir dəyişiklik olmayacaq.

Səhiyyə Nazirliyindən (SN) bildirilib ki, dövlət xəstəxanaları pullu olmayacaq və bu məsələ gündəmdə deyil.

Nazirlikdən qeyd olunub ki, Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. Bu isə o deməkdir ki, dövlət tibb müəssisələri əvvəllər Əsasnamə əsasında fəaliyyət göstərirdisə, bundan sonra Nizamnamə əsasında fəaliyyət göstərəcək.

SN-dən o da bildirilib ki, dəyişikliklərə əsasən, bələdiyyə xəstəxanaları əsasən pullu fəaliyyət göstərəcək. Bələdiyyələr yerli idarəetmə orqanı olduğuna görə Səhiyyə Nazirliyinin onların fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişikliyə əsasən, Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. İndiyə qədər dövlət adından yaradılan tibb müəssisələri qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərib. (APA)

Bu addımı necə qiymətləndirmək olar? Dəyişiklik əhalinin durumuna necə təsir edəcək?

samir-eliyev-iqtisadci

İqtisadçı Samir Əliyev bildirdi ki, bələdiyyələrin qanunla xəstəxana açmaq səlahiyyəti var. Amma Azərbaycanda indiyə qədər bələdiyyə xəstəxanalarının yaradılması o qədər geniş vüsət almayıb. S.Əliyevin sözlərinə görə, buna səbəb odur ki, bələdiyyə işçilərin maaşını vaxtında verə bilmir. Ona görə ciddi maliyyə problemləri yaşayan bələdiyyələr xəstəxana saxlamaq iqtidarında deyil: «Azərbaycanda xəstəxanaların pulsuz xidmət göstərdiyi vurğulansa da, əslində xidmətlər pulludur. Qeyri-rəsmi ödənişlər olur. Əslində hökumətin hazırda atdığı addımlar büdcə konsalidasiyası məqsədi daşıyır. Bu addımlar büdcə xərclərinin azaldılması məqsədi daşıyır. Bununla büdcədən maliyyələşən təşkilatların sayını azaltmaq istəyirlər. Bələdiyyəyə hər hansı səlahiyyəti elə-belə vermək olmur. Əgər səlahiyyət verilirsə, onun maliyyəsi də ayrılmalıdır».

скачать dle 12.1
Xəbər lenti