Ələt-Astara magistralında mikroavtobus aşdı

24-11-2016, 15:30
0
Ələt-Astara magistralında mikroavtobus aşdı

Ələt-Astara magistralında mikroavtobus aşıb. Hadisə magistralın 157-ci kilometrliyində, Masallı rayonunun Təzəalvadı kəndi ərazisində qeydə alınıb.

İdarəetməni itirən mikroavtobus yolun kənarına aşıb.

Nəticədə müxtəlif bədən xəsarətləri alan 6 sərnişin Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Mikroavtobusda sıxılmış vəziyyətdə qalan sərnişinlər çıxarılıb.

Faktla bağlı araşdırma gedir. 

скачать dle 12.1
Xəbər lenti