Alimlər: Nutella xərçəng yarada bilər

12-01-2017, 17:27
0
Alimlər: Nutella xərçəng yarada bilər

Nutella qida məhsulu bəzi italyan riyelterlərində qadağan edilib, belə ki, məhsulun əsas tərkib hissəsi palma yağının onkoloji xəstəliklərlə əlaqədar olmasından şübhələniblər.

“Independent” xəbər verir ki, ötən ilin mayında ekspertlər müəyyən ediblər ki, 200 dərəcədən yuxarı temperaturda emalı zamanı bu maddə potensial kantserogenə çevrilir.

Tədqiqat Avropa qida məhsullarının təhlükəsizliyi üzrə Agentliyin sifarişinə əsasən keçirilib.
Palma yağı Nutellanın hamar və axıcılığını təmin edir. Amma alimlər hazırda xərçəng xəstəliyinə tutulma riskindən danışırlar.

Bazarda daha ucuz hesab edilən yağ qırmızıya çalan rənginin və iyinin aradan qaldırılması üçün yüksək temperaturda qızdırırlır. Bu isə həmin məhsuldan istifadə zamanı qlitsidolun ifrazına səbəb olur. Hazırda qlitsidolun genotoksik və kanserogen olduğuna dair dəlillər mövcuddur.

Vəziyyətdən çıxış palma yağının hansısa alternativ komponentlə əvəzlənməsi ola bilər. Amma bu zaman istehlakçılar real məhsulun natamam əvəzedicisi ilə qarşılaşacaqlar. Hər il istehsalat məqsədi ilə təxminən 185 min ton palma yağı istifadə edilir, onun əvəzlənməsi hər il 10-29 milyon dollar məsrəfə başa gələcək.

скачать dle 12.1
Xəbər lenti