Putin Obama administrasiyasını Trampı gözdən salmağa çalışmaqda ittiham edib

18-01-2017, 16:32
0
Putin Obama administrasiyasını Trampı gözdən salmağa çalışmaqda ittiham edib

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın hakimiyyətdən getməkdə olan administrasiyasını prezident seçilmiş Donald Tramp haqda saxta informasiya yaymaqla onu gözdən salmağa çalışmaqda ittiham edib.

Moskvada keçirilən mətbuat konfransında danışan Putin deyib ki, keçən həftə Trampla əlaqədar təsdiq edilməmiş dosyenin açıqlanması ABŞ prezidenti Barak Obama administrasiyasının “Trampın qəti qələbə çalmasına” baxmayaraq, onun legitimliyinin “şübhə altına alınması” cəhdlərinin bir hissəsidir.

Putin Trampın 2013-cü ildə Moskvadakı bir mehmanxanada seksual fəaliyyətlərinə dair dosyedəki iddiaları saxta adlandırıb. O əlavə edib ki, bu iddiaları irəli sürənlər “fahişələrdən” betərdirlər və Trampın “dünyanın ən gözəl qadınları ilə münasibətləri olduğu halda, fahişələrə nə üçün ehtiyacı olduğu” ilə bağlı sual qaldırıb.

Tramp təsdiq edilməmiş informasiyanın yayılmasına görə onun Rusiya hökuməti ilə əlaqələri olduğunu irəli sürən kəşfiyyat orqanlarını günahlandırıb. O, informasiyanın yayılmasına görə birbaşa Mərkəzi Kəşfiyat İdarəsinin (CIA) dierktoru Con Brennanın məsuliyyət daşıdığı ehtimalını irəli sürüb.

Keçən həftə Tvitter səhifəsindəki mesajlardan birində Tramp kəşfiyyat orqanlarını Almaniyada nasistlərlə müqayisə edib.
✔@realDonaldTrump
Intelligence agencies should never have allowed this fake news to “leak” into the public. One last shot at me.Are we living in Nazi Germany?

Wall Street Journal qəzetinə müsahibədə Brennan nasistlərlə müqayisəni qəbuledilməz adlandırıb və Trampın kəşfiyyat orqanlarını tənqid etməsinin əsassız olduğunu bildirib. “Bu divardakı şərəf lövhəsində adları əbədi həkk olmuş 117 kəşfiyyatçının ailələrinə deyin ki, onların həyatlarını ölkə üçün qurban vermiş ailə üzvləri nasistdir”-Brennan bildirib.

Brennan Britaniyanın keçmiş kəşfiyyatçısı tərəfindən hazırlanmış dosyenin sızması ilə bağlı ittihamları rədd edib. O deyib ki, dosyenin qısa variantı Federal Təhqiqatlar Bürosunun (FBI) müraciəti əsasında prezident Obama və prezident seçilmiş Trampa kəşfiyyat brifinqləri çərçivəsində təqdim edilib.

Dosye keçən həftə BuzzFeed News tərəfindən açıqlanmazdan öncə aylardır Vaşinqtonda dövr edirdi.

скачать dle 12.1
Xəbər lenti