Almaniyanın kansleri bu adam ola bilər

25-01-2017, 14:29
0
Almaniyanın kansleri bu adam ola bilər

Avropa Parlamentinin keçmiş başçısı Şults hazırlı kansler Merkelə ciddi rəqibdir

“The Telegraph” qəzetinin Berlin müxbiri Justin Huggler yazır ki, Avropa Parlamentinin keçmiş prezidenti Martin Şults Almaniya seçkilərində Angela Merkelə meydan oxumaq niyyətindədir.

Hazırkı vise-kansler Sigmar Gabriel bu günlərdə bəyan edib ki, mərkəz-solçu Sosial Demokrat Partiyasının (SPD) liderliyindən gedir və seçkiyə qatılmayacaq. Bu öz növbəsində seçkiyə Martin Şultsun qatılmasına imkan yaradır.

“The Telegraph” yazır ki, cənab Şults qatı avropapərəstdir və onun Almaniyanın kansleri olması ölkə üçün həlledici vaxta təsadüf edə bilər.

Sigmar Gabriel artıq partiya rəhbərliyinə Martin Şultsu tövsiyə edib.

Gabriel Almaniyanın Stern jurnalına deyib ki, Martin Şults kifayət qədər güclü namizəddir.

Lakin “The Telegraph” müxbiri hesab edir ki, cənab Şults Merkelə meydan oxumaq üçün hələ çox iş görməlidir. Hazırda xanım Merkelin hakim Xristian Demokrat Partiyası (CDU) rəy sorğularında 33, 5 faizlə irəlidədir.

İndilik SPD hakim koalisiyaya daxildir və 21 faiz populyarlıqla hər hansı gələcək koalisiya üçün real namizəd ola bilər.

İfrat sağçı Almaniya üçün Alternativ Partiyası (AfD) 13, 5 faizlə 3-cü yerdədir.

Lakin digər mühüm bir faktor bundan ibarətdir ki, cənab Şults daxili rəy sorğularında Gabrieldən daha populyardır.

Ötən ay keçirilmiş rəy sorğuları göstərib ki, almanların 57 faizi xanım Merkelə, 19 faizi isə Gabrielə səs verə bilər. Lakin bu tənliyə cənab Şultsu daxil etdikdə nisbət əhəmiyyətli dərəcədə, daha dəqiq deyilsə, 43-36 faizə dəyişir.

Burası da var ki, Almaniya prezident yox, parlament ölkəsidir və bu ölkədə seçkinin proporsionallığına görə kansler olmaq üçün mütləq koalisiya təşkil etmək lazım gəlir. Buna görə də Şults reallıqda yalnız Yaşıllar və Sol Partiya ilə koalisiyada kansler ola bilər. Bu isə Almaniyanı əhəmiyyətli dərəcədə sola çəkərdi (bbc azəri).

скачать dle 12.1
Xəbər lenti