Soyqırımının inkarına görə cəza qeyri-konstitusion sayıldı

30-01-2017, 15:18
0
Soyqırımının inkarına görə cəza qeyri-konstitusion sayıldı

Fransanın Konstitusiya Şurası «Bərabərlik və vətəndaşlıq haqqında» Qanunun 173-cü maddəsini dəyişdirib. Bu maddə insanlığa qarşı cinayətlərin inkarına görə məsuliyyət nəzərdə tuturdu. Həmin düzəliş «erməni soyqırımı»na da şamil edilə bilərdi.

Konstitusiya Şurası hesab edir ki, «Bərabərlik və Vətəndaşlıq haqqında» Qanunun sözügedən maddəsi zəruri deyil, çünki zorakılıq və nifrət hallarıyla bağlı «Mətbuat azadlığı haqqında» qanun tətbiq olunub və olunur.

ERMƏNİ QURUMLARI NARAZIDIR

Şura bildirir ki, bütün bunlar qeyri-müəyyənliyə yol açaraq tarixi diskussiyalara mane olacaq, fikri ifadə azadlığına ziyan vuracaq. Nəticə etibarilə, Konstitusiya Şurası «erməni soyqırımı»nın inkarına görə cəzalandırmanı Konstitusiyaya zidd hesab edib.

Fransa erməni təşkilatlarının koordinasiya şurası məsələ ilə bağlı bəyanat verib. «Koordinasiya şurası heç vaxt belə alçalmanı qəbul etməyəcək» başlıqlı bəyanatda Konstitusiya Şurasının qərarından təəccüb ifadə olunur.

«Bu qərarla Konstitusiya Şurası fransızların, xüsusən də erməni əsilli vətəndaşların inkarla bağlı Türkiyə dövlətinin hücumlarına məruz qalmasına görə mənəvi və siyasi məsuliyyət daşımış olur», – deyə bəyanatda qeyd edilir. Fransa erməni təşkilatlarının koordinasiya şurası əlavə edib ki, «erməni soyqırımı»nı qınamağa və inkarla mübarizə aparmağa davam edəcək.

Xatırladaq ki, Fransa Konstitusiya şurası hələ 2012-ci ilin fevralında da «erməni soyqırımı»nı inkara görə cinayət məsuliyyətinə dair qanun layihəsini konstitusiyaya zidd saymışdı.

Ermənilər I Dünya müharibəsi zamanı Türkiyə ərazisində milyon yarım erməninin soyqırımına, deportasiyaya məruz qaldığını deyirlər. Türkiyə ittihamları rədd edir.

скачать dle 12.1
Xəbər lenti