Həqiqət Oğuz vəfat etdi

17-01-2018, 19:55
87 558
Həqiqət Oğuz vəfat etdi

Müsavat Məclisinin üzvü Həqiqət Oğuz uzun sürən xəstəlikdən sonra İsveçdə vəfat edib.  

Bu haqda onun yaxınlarından biri məlumat verib.

Həqiqət Oğuz Azərbaycanın istiqlalı uğrunda mübarizənin fəal iştirakçılarından olub. Müsavat Partiyası bərpa olunduqdan sonra fəaliyyətini bu partiyada davam etdirib.

Uzun müddət Müsavat Partiyası Oğuz rayon təşkilatının sədri olaraq rejimə qarşı mübarizə aparıb. Siyasi mövqeyinə görə çoxsaylı təqiblərlə üzləşsə də, mövqeyindən dönməyib, mühacirətə gedərək İsveçdə fəaliyyətini davam etdirib.

скачать dle 12.1
Xəbər lenti