Qarabağa dair “centlmen razılaşması” nə olub? Amerikalı diplomat açıqladı

22-10-2018, 17:48
10 194
Qarabağa dair “centlmen razılaşması” nə olub? Amerikalı diplomat açıqladı

Qarabağa dair sülhməramlı qüvvələrdə Rusiya, ABŞ, Fransa, Türkiyə və İran təmsil olunmayacaq.

Belə nəticəyə ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri James Warlick-in dediklərindən gəlmək olar.

Vaşington-da Atlantic Council (Atlantik Şura) analitik mərkəzinin ötən həftəsonu “Dondurulmuş münaqişələr və Kremlin gündəmi” mövzusunda keçirdiyi müzakirələrdə etdiyi çıxışında James Warlick Dağlq Qarabağda sülh prosesinin son mərhələlərində yerləşdirilməsi ehtimal edilən gələcək sülhməramlı qüvvələrin mümkün tərkibinə işıq salıb.

ATƏT-in Minsk Qrupunun keçmiş ABŞ həmsədri James Warlick qeyd edib ki, indiyədək heç bir rəsmi sənəddə əks olunmamış, lakin Minsk Qrupu həmsədrləri arasında vaxtilə əldə edilmiş “centlmen razılığınının” şərtlərinə əsasən, gələcəkdə Dağlıq Qarabağda beynəlxalq sülhməramlı qüvvələr yerləşdiriləcəksə, onların tərkibində “nə danışıqlarda iştirak edən ATƏT-in Minsk Qrupu ölkələrinin, nə də qonşu ölkələrin sülhməramlıları olmamalıdır”.

“Bu isə o deməkdir ki, Rusiya sülhməramlıları istisna edilir, eləcə də o deməkdir ki, ABŞ, Fransa və digər ölkələrin sülhməramlıları istisna edilir”, – James Warlick vurğulayıb.

James Warlick-in dediklərindən, məntiqlə belə nəticəyə gəlmək olar ki, Rusiya, ABŞ, Fransa ilə yanaşı həmin sülhməramlı qüvvələrdə, əgər nə vaxtsa belə qüvvələr təşkil edilərsə, Türkiyə, İran və Gürcüstanın da iştirakı istisna olunur.

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədrinin sözlərinə görə, Dağlıq Qarabağ üçün sülhməramlı qüvvələrin tərkibinin necə ola biləcəyi ilə bağlı məsələlər sonuncu dəfə 10 il bundan əvvəl müzakirə olunub.

“O zamandan bəri 10 il keçib, amma bu məsələyə indiyədək qayıdılmayıb. Düşünürəm ki, bu məsələ müzakirə olunmalı mövzulardan biridir” – James Warlick bildirib.

скачать dle 12.1
Xəbər lenti