Şəki Polis Şöbəsində ölüm hadisəsi

15-05-2019, 18:26
16 021
Şəki Polis Şöbəsində ölüm hadisəsi

Şəki şəhər Giləhli küçəsində yaşamış, 1988-ci il doğumlu Məmmədov Qalib Telman oğlu özünü Polis şöbəsində asaraq öldürüb.

Anasının bildirdiyinə görə onu may ayının 11-də səhər evdən zorla polisə aparıblar. Polisdən həmin gün 17:30 radələrində meyiti gəlib.

Anasının və yaxınlarının iddiasına görə Qalib Məmmədovu vurub öldürüblər: “Mənim oğlumu döyüb öldürüblər. Polisdən də morqa aparıblar. O, heç kimə heç nə eləməyib…” Q.Məmmədovun narkotik ittihamı ilə polisə aparıldığı deyilir.

скачать dle 12.1
Xəbər lenti