Ukrayna ordusu 8 əsgərinin əsir götürüldüyünü deyir

22-05-2019, 18:23
13 383
Ukrayna ordusu 8 əsgərinin əsir götürüldüyünü deyir

Ukrayna hakimiyyəti rusiyapərəst silahlıların nəzarətində olan Donetsk regionunda səkkiz hərbçisinin əsir götürüldüyünü bildirir.

Əsgərlərin mayın 22-də əsir götürüldüyü vurğulanır.

Rəsmi məlumatda əsgərlərin “Rusiya Federasiyası silahlı qüvvələrinin döyüşçüləri” tərəfindən əsir götürüldüyü qeyd olunur. Ukrayna ordusu adətən Rusiyanın dəstəklədiyi separatçı qüvvələri bu cür adlandırır, münaqişədə nizami Rusiya əsgərlərinin də iştirak etdiyini bildirir. Moskva isə ittihamları rədd edir.

Ukraynanın Müdafiə Nazirliyi bundan öncə son 24 saat ərzində Rusiyanın dəstəklədiyi qüvvələrin atəşkəsi pozması nəticəsində üç əsgərin yaralandığını bildirib.

Separatçılar isə hökumət qüvvələrini mayın 21-dən bəri atəşkəsi iki dəfə pozmaqda ittiham edir.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq edib və ölkənin şərqində separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 minədək adam həlak olub.

скачать dle 12.1
Xəbər lenti