BMT Səudiyyə hökumətini jurnalistin qətlində təqsirli elan edir

20-06-2019, 20:41
14 381
BMT Səudiyyə hökumətini jurnalistin qətlində təqsirli elan edir

BMT-nin xüsusi məruzəçisi Anjes Kalamar Səudiyyə jurnalisti Jamal Khashoggi-nin qətli ilə bağlı təhqiqatın hesabatını açıqlayıb.

Onun sözlərinə görə Türkiyənin xüsusi xidmətləri jurnalistin İstanbuldakı Səudiyyə Konsulluğunda öldürüldüyü günə aid bir sıra səs yazılarını BMT ekspertlərinə təqdim ediblər.

Kalamar deyib ki, bu səs yazıları və başqa dəlillər Khashoggi-nin “Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən qəddarcasına və əvvəlcədən planlaşdırılmış şəkildə qətlə yetirildiyini” sübut edir.

BMT Səudiyyə Ərəbistanını habelə Khashoggi-nin qətlinə dair təhqiqatın qeyri-şəffaflığına görə ittiham edir. Bu iş üzrə hazırda 11 nəfər araşdırılır.

Kalamar deyib ki, o jurnalistin qətlində təqsirli qismində Səudiyyə Ərəbistanının hakimiyyət orqanlarını tanıyır və onu bu qətlə görə Khashoggi ailəsindən üzr istəməyə və bu iş üzrə keçən şübhəliləri azad etməyə çağırır.

Bu da qeyd olunmalıdır ki, BMT hesabatının dərcindən sonra bir sıra ölkələr Səudiyyənin, vəliəhd şahzadə də daxil vəzifəli şəxslərinə qarşı fərdi sanksiyalar tətbiq edə bilər.

Jemal Khashoggi 2018-ci ilin oktyabrında qətlə yetirilib, lakin onun cəsədi tapılmayıb.

O İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğuna bir sıra sənədlərini hazırlamaq üçün getmiş, lakin bir daha oradan çıxmamışdı.

Yalnız bir neçə həftədən sonra Səudiyyə hökuməti jurnalistin konsulluğun ərazisində həlak olduğunu etiraf etmişdi.

Amma hökumət bildirirdi ki, jurnalist konsulluğun əməkdaşları ilə dava-dalaşda təsadüfən öldürülüb.

Rəsmi Ər-Riyad Khashoggi-nin qətlində təqsirli olduğuna dair ittihamları rədd edir.

скачать dle 12.1
Xəbər lenti