Mingəçevirdə keçmiş baş həkim barəsində cinayət işi başlanıb

4-07-2019, 20:29
17 874
Mingəçevirdə keçmiş baş həkim barəsində cinayət işi başlanıb

O, dələduzluqda ittiham olunur

Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Tacəddin Kosayev barəsində cinayət işi başlanıb.

T.Kosayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunur. Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Artıq sabiq baş həkim barəsində aparılan ibtidai istintaq başa çataraq baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ələkbər Hüseynovun icraatına verilib.

Xatırladaq ki, T.Kosayev uzun müddət Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının, həmçinin şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin baş həkimi olub.

скачать dle 12.1
Xəbər lenti