Həsən Ruhani: “İran Ermənistanla münasibətləri inkişaf etdirməkdə əzmlidir”

4-07-2019, 20:52
24 014
Həsən Ruhani: “İran Ermənistanla münasibətləri inkişaf etdirməkdə əzmlidir”

Tehran Yerevan ilə siyasi və iqtisadi sahələrdə münasibətləri inkişaf etdirməkdə əzmlidir. Bu barədə İran prezidenti Həsən Ruhani iyulun 3-də Tehranda Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanı qəbul edərkən bildirib.

“İran xalqı Ermənistanla hər zaman dost münasibətində olub və biz istəyirik ki, bu münasibətlər daha da möhkəmlənsin və inkişaf etsin, – İRNA agentliyi H.Ruhanidən sitat gətirib.

O qeyd edib ki, İran hər zaman öz qonşuları, əsasən də Ermənistan ilə yaxşı münasibətlər qurmağa çalışır. H.Ruhani birgə layihələrin reallaşmasının sürətləndirilməsinin və ikitərəfi münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Tehran və Yerevan arasında bank əməkdaşlığının möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Deyib ki, qarşılıqlı hesablaşmalarda milli valyutalara keçid əmtəə dövriyyəsinin artmasına səbəb olacaq.

H.Ruhani xatırladıb ki, iyunda İran parlamenti Avrasiya İqtisadi Birliyi ilə azad ticarət zonası haqda sazişi ratifikasiya edib. Bu, İranın Avrasiya ölkələri ilə əməkdaşlığı genişləndirməsi üçün yaxşı imkanlar yaradır.

скачать dle 12.1
Xəbər lenti