Ukraynada pedofilləri məcburi axtalayacaqlar

12-07-2019, 18:11
32 777
Ukraynada pedofilləri məcburi axtalayacaqlar

Ukrayna parlamenti, Verkhovna Rada pedofillərin məcburi kimyəvi axtalanmasına icazə verən qanunu qəbul edib.

İyulun 11-də qəbul olunmuş qanun dövlət mediasında dərc olunandan bir gün sonra qüvvəyə minəcək.

Kimyəvi axtalanmaya cərrahiyyə əməliyyatı daxil deyil. Bədənə müəyyən müddətə cinsi fəaliyyəti saxlayan iynələr vurulur.

Bu prosedur 18 yaşından gənc, 65 yaşdan yuxarı şəxslər üzərində aparılmayacaq.

Yeni qanunvericilikdə həmçinin, azyaşlıların zorlanlanmasına görə 15 ilədək, azyaşlıları cəlb etməklə seksual hərəkətlərə görə 5 ilədək həbs cəzası nəzərdə tutulub.

Dünyanın bir çox ölkələrində uşaqbazların məcburi kimyəvi axtalanması qanunidir.

2012-ci ildə Rusiyada qəbul olunmuş qanun məhkumların öz razılığı ilə kimyəvi axtalanmasına icazə verilir.

скачать dle 12.1
Xəbər lenti