Venesuela hakimiyyəti ehtiyat fondundan daha 40 milyon dollarlıq qızıl satıb.

16-07-2019, 18:30
25 670
Venesuela hakimiyyəti ehtiyat fondundan daha 40 milyon dollarlıq qızıl satıb.

Venesuela hakimiyyəti ehtiyat fondundan daha 40 milyon dollarlıq qızıl satıb.

Bu barədə Bloomberg agentliyi anonim mənbələrə istinadla xəbər verir.

Məlumata görə, prezident Nicolas Maduro rejimi ümumilikdə bu ilin aprelindən bu yana 24 tona yaxın qızıl sata bilib.

Yeni alıcılar barədə məlumat verilmir, amma Bloomberg hesab edir ki, bunlar Türkiyə və ya Birləşmiş Ərəb Əmirlikləri ola bilər.

Nəşrin məlumatına görə, hazırda Venesuelanın qızıl ehtiyatının ümumi dəyəri təxminən 8 milyard dollara düşüb ki, bu son 30 il ərzində ən pis göstəricidir.

Amma Venesuelanın mərkəzi bankı və digər hökumət rəsmiləri bu məlumatı şərh etməkdən imtina ediblər.

ABŞ ötən ilin payızından Venesuelaya qarşı sanksiyalar tətbiq edib ki, bu onun qızıl satışını məhdudlaşdırmalıdır.

Amma ölkə beynəlxalq bazarda qızıl satışını davam etdirir.

Venesuelanın qızıl depozitlərinin bir hissəsi xarici banklardadır.

İyunda Deutsche Bank-ın Menesuelaya məxsus 20 tona yaxın qızılı müsadirə etməsi barədə məlumat yayılmışdı.

İngiltərənin mərkəzi bankının da Venesuelaya 1 milyard dollarlıq qızılı qaytarmaqdan imtina etdiyi bildirilir.

 

скачать dle 12.1
Xəbər lenti