Ağdam köçkünü prezidentə və birinci xanıma müraciət etdi

10-10-2015, 00:56
0
Ağdam köçkünü prezidentə və birinci xanıma müraciət etdi
Mingəçevir şəhərində məskunlaşmış Ağdam qaçqını Süleymanova Nazeykə Hacı qızı üzləşdiyi haqsızlıqla bağlı ölkə prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili, Azərbaycanın 1-ci xanımı Mehriban Əliyevaya müraciət edib. 
 
Nazeykə Süleymanova müraciətin bir nüsxəsini musavat.org saytına yollayıb. 
Müraciətdə bildirilir:  
  
“Hörmətli cənab Prezident, 
hörmətli Mehriban xanım
 
Ağdam rayonu işğal olunan gündən Mingəçevirdə yataqxanada məskunlaşmışam. 22 ildir dözülməz şəraitdə yaşayıb, torpaqlarımızın geri qaytarılacağı günü gözləmişik. 
Mingəçevirdə Sizin göstərişiniz əsasında köçkünlər üçün tikilən evlər bu günlərdə paylanıb. Mənə düşməli olan 1 otaqlı mənzili işbazlar müxtəlif bəhanələrlə vermək istəmirlər. 
Səbəb kimi də mənim qoca olmağımı, bu gün sabah öləcəyimi göstərir, qızım və 19 yaşlı nəvəmə verilən 2 otaqlı mənzildə müvəqqəti yaşaya biləcəyimi bildirirlər. Kimin ömrünün nə qədər olacağını Allahdan başqa heç kim bilə bilməz. 
Mən bu 22 illik məcburi köçkün həyatımdan sonra ömrümün sonunu da onun-bunun küncündə keçirməliyəmmi?
Hörmətli cənab Prezident, 
Hörmətli Mehriban xanım
Sizlərə müraciət edərək, tapdanmış hüququmun bərpa olunacağına, haqqım olan mənzillimin başqasına satanların cəzalarının veriləcəyinə ümid edirəm.
 
Hörmətlə, Nazeykə Hacı qızı Süleymanova
Mingəçevir Politexnik Texnikumunun yataqxanası”.
скачать dle 12.1
Xəbər lenti