İşsiz gəncəlilərə müjdə!

16-11-2015, 20:04
0
İşsiz gəncəlilərə müjdə!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən növbəti Əmək yarmarkası noyabrın 18-də Gəncə şəhərində təşkil olunacaq.
 
ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarkada 60-a yaxın müəssisə üzrə 380-dək boş iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Tədbirdə həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin olunması üçün ayrı-ayrı müəssisələr üzrə kvota üzrə müəyyən edilmiş iş yerləri də təqdim olunacaq.
 
Boş iş yeri təqdim olunan müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi aktiv məşğulluq tədbirində əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslər qeydiyyata götürüləcək.
 
Bildirək ki, bu ilin ötən dövründə ölkənin şəhər və rayonlarında ümumilikdə 55 Əmək yarmarkası keçirilib.
скачать dle 12.1
Xəbər lenti