Müğənnidən cərimələrə etiraz: “Büdcədə pul yoxdursa...”

20-12-2015, 23:25
0
Müğənnidən cərimələrə etiraz: “Büdcədə pul yoxdursa...”
Müğənni Nura Suri İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərə münasibət bildirib.
Musavat.org xəbər verir ki, sənətçi cərimələrin artırılmasına etiraz edib:
“Avtomobillərinizdə yanğınsöndürən balon və “apteçka” saxlayın. Cəriməsi üç qat artıb. Avtomobildən siqaret kötüyü atsanız, 40 manat cərimə olunacaqsınız. Yağışlı havada kiminsə üstünə su sıçratsanız isə 30 manat cərimə ödəyəcəksiniz. Bəs yollardakı gölməçələrə görə kimi cərimə edək? Bu gün sabah nəfəsi də qorxa-qorxa alarıq. Büdcədə pul yoxdursa, camaatda haradan olsun?”

 

скачать dle 12.1
Xəbər lenti