Binədəki aksiya haqda Gömrük Komitəsindən açıqlama

18-01-2016, 17:00
0
Binədəki aksiya haqda Gömrük Komitəsindən açıqlama
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti "Binə" Ticarət Mərkəzində çalışan bir qrup sahibkarın aksiyası ilə bağlı xəbərlərə reaksiya verib.
 
Aksiyanın gömrük rüsumlarının artırılmasına etiraz olaraq keçirildiyi qeyd olunur: “Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, ölkəyə idxal olunan bütün mal və nəqliyyat vasitələri yalnız qanunvericiliklə nəzərdə tutulmuş,“Gömrük Tarifi Haqqında Qanun”a uyğun olaraq vergi və rüsumlara cəlb edilir, idxal əməliyyatları zamanı lazım olan müvafiq sənədlər vaxtında və düzgün olaraq gömrük orqanına təqdim edildikdə ən qısa zaman kəsiyində gömrük rəsmiləşdirilməsi həyata keçirilir.
 
Xatırladaq ki, Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib, mövcud qanunvericiliyin tələbləri onlara ətraflı izah edilib”
скачать dle 12.1
Xəbər lenti