Səlim Müslümov "Naz-Lifan"la gəzəcək ilk nazir olacaq

29-01-2016, 18:03
0
Səlim Müslümov "Naz-Lifan"la gəzəcək ilk nazir olacaq
Nazir Səlim Müslümov şəxsi istifadəsi üçün "NAZ-Lifan" markalı maşın alıb.  Bunu AzVision.Az-a Naxçıvan Avtomobil Zavodunun (NAZ) satış direktoru Əhməd Rəhimov deyib.
 
O bildirib ki, avtomobil almaq üçün nazirliklərdən çoxlu təkliflər alıblar
 
"Nazirliklərdən çoxlu təkliflər almışıq. Daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edirik. Nazir Səlim Müslümovun rəhbərlik etdiyi nazirliyin işçiləri "NAZ-Lifan" avtomobilləri ilə maraqlanırlar. Bundan öncə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bizdən xeyli sayda avtomobil alınıb.
 
Məndə olan məlumata görə, nazir Səlim Müslümov şəxsi istifadəsi üçün "NAZ-Lifan" markalı maşın alıb". 
 
Satış direktoru nazir Səlim Müslümovun aldığı avtomobilin qiymətini açıqlamayıb:
 
"Səlim müəllimin aldığı avtomobilin qiymətini dəqiq deyə biləməyəcəm. Çünki qiymətlər daha çox modifikasiyalara uyğun olaraq dəyişir".
скачать dle 12.1
Xəbər lenti