Dövlət Sosial Müdafiə Fondunda işgüzar görüş keçirilib

2-02-2016, 17:04
0
Dövlət Sosial Müdafiə Fondunda işgüzar görüş keçirilib
Dövlət Sosial Müdafiə Fondunda Beynəlxalq Valyuta Fondunun missiyası ilə işgüzar görüş keçirilib
 
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan musavat.org-a verilən məlumata görə, Cənab Mohammed El Qorçinin rəhbərlik etdiyi missiya ilə Azərbaycanda pensiya islahatları və sığorta-pensiya sisteminin perspektiv inkişaf hədəfləri müzakirə olunub. 
 
Görüşdə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Fondun fəaliyyəti və ölkəmizdə davam etdirilən sığorta-pensiya islahatları barədə ətraflı məlumat verib.
Elman Mehdiyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmış,  Azərbaycanda yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmışdır. Eləcə də müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyası prioritet kimi təyin olunmuş, ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan gəlirlərin artımı pensiya sisteminin maliyyə dayanıqlığını əhəmiyyətli şəkildə yüksəltmişdir. İqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına 2003-2015-ci illər ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 9 dəfədən çox artmışdır. Bu artımların, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ümumi daxili məhsula olan nisbəti əhəmiyyətli şəkildə yüksəlmiş, 2003-cü ildə 3,9 faiz təşkil etdiyi halda, 2015-ci ildə 5,1 faizə çatmışdır.
Elman Mehdiyev vurğulayıb ki, dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı şəraitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sosial proqramlar vaxtında reallaşdırılır, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilir. Bu gün ölkəmizin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin müasir prinsiplər əsasında əlaqələndirilməsini təmin edən sığorta-pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malikdir və bunu ötən dövrdəki fəaliyyət göstəriciləri bir daha təsdiq edir.
  Bütün bunlarla yanaşı, dünyanın sosial-iqtisadi mənzərəsində baş verən dəyişikliklər müasir çağırışları şərtləndirir və əldə olunmuş inkişafın yeni mərhələdə daha da genişləndirilməsi üçün müvafiq tədbirlərin reallaşdırılması zərurətə çevrilir. Göstərilənlərlə əlaqədar Azərbaycanın milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılmasını hədəfləyən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” sığorta-pensiya sistemini iqtisadiyyatın mühüm həlqəsi kimi nəzərdən keçirir, dövlət və özəl pensiya sistemləri ilə maliyyə bazarları arasında sıx qarşılıqlı əlaqənin təmin edilməsini növbəti mərhələdə əsas prioritet kimi müəyyənləşdirir. Bunların nəticəsi kimi perspektiv dövrdə pensiya islahatları bir tərəfdən mühüm maliyyə-iqtisadi vəzifələrin həllinə, digər tərəfdən isə bilavasitə pensiya təminatı problemlərinin tənzimləməsinə xidmət edəcəkdir.
Səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən Beynəlxalq Valyuta Fondunun missiya rəhbəri cənab Mohammed El Qorçi  Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirərək, ölkəmizdə bütün sosial proqramların uğurla icra olunmasından məmnunluğunu bildirib. Təmsil etdiyi qurumun Azərbaycanda reallaşdırdığı layihələrin əhəmiyyətini vurğulayan qonaq birgə əməkdaşlığın bundan sonra da səmərəli olacağını qeyd edib.
Görüşdə həmçinin missiyanın sualları cavablandırılb, BVF ilə gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

 

скачать dle 12.1
Xəbər lenti