Daha bir holdinq səhmlərdən imtina edib

21-03-2016, 15:25
0
Daha bir holdinq səhmlərdən imtina edib

«Gilan Holdinq maliyyə-sənaye qrupunun baş şirkəti» ASC martın 16-da məhdud məsuliyyətli cəmiyyətə çevrildiyini elan edib.

Şirkət adını da dəyişib. O, “Gilan Holding” MMC adlanacaq. 2015-ci ilin dekabrında holdinq bu adla növbəti törəmə şirkətin əsasını qoyub. Kommersiya hüquqi şəxslərin dövlət reyestrinə əsasən, keçmiş “Gilan Holding” MMC (VÖİN 1304126411) indi “Gilan Group” MMC adlanır. Hər iki şirkətin rəhbəri Tahir Cəmil oğlu Muradovdur.

«Gilan Holdinq maliyyə-sənaye qrupunun baş şirkəti» ASC 2005-ci ildə qanunvericiliklə müəyyən edilən minimal nizamnamə kapitalı – 4000 manatla yaradılıb. Şirkətin səhm buraxılışı uzun illər gecikib, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin müdaxiləsindən sonra rəsmiləşib.

“Gilan Holding” MMC-nin hüquq departamentində şirkətlər qrupunun səhmdar fəaliyyətdən imtinasının səbəbini açıqlamayıblar. Dəqiqləşdirilməmiş məlumata görə, holdinqə Azərbaycanda və xaricdə bir neçə yüz şirkət və müəssisə daxildir.

Gilan Holding FHN rəhbəri Kəmaləddin Heydərovun iki oğluna məxsusdur.

Yanvar və fevralda “AtaHolding” və “Synergy Group” kimi SC-lər də MMC-yə çevrilib.

скачать dle 12.1
Xəbər lenti