Şəhid ailələrinə ev verildi

15-04-2016, 18:59
0
Şəhid ailələrinə ev verildi
Oğuz və Şəkidə yaşayan Qarabağ əlilləri və şəhid ailələrinə ev verilib.
Bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.
Onun sözlərinə görə, beləliklə də bu il evlə təmin edilən Qarabağ əlili və şəhid ailələrinin sayı 100-ü ötüb.
“Bu ilin yanvar-mart aylarında 12 rayonda 51 fərdi yaşayış evi, həmçinin Abşeronda hazır yaşayış binalarından tender yolu ilə alınaraq təmir etdirilmiş 53 mənzil istifadəyə verilib. 104 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Hazırda Bakıda və ölkənin regionlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün həm çoxmənzilli, həm də fərdi yaşayış evlərinin inşası, eləcə də hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir”, - deyə E.Babayev söyləyib.
скачать dle 12.1
Xəbər lenti