Azərbaycanın bu ərzaqlara xaricdən asılılığı artıb

24-08-2016, 17:03
969
Azərbaycanın bu ərzaqlara xaricdən asılılığı artıb

2016-cı ilin birinci yarısında Azərbaycana 682,8 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 14,7% azdır. Respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri 129 mln. 132,6 min dollar (azalma 31,1%) təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Amma hesabat dövründə digər mühüm ərzaq məhsullarının ixracında kəskin artım müşahidə olunub. Azərbaycana 55 mln. 235 min dollar dəyərində 131,4 min ton şəkər xammalı və şəkər (artım 8,8%), 61 mln. 661,4 min dollar dəyərində 71 min 4,3 ton bitki yağı (artım 19,6%), 18 mln. 673,4 min dollar dəyərində 5 min 537,2 ton çay (artım 1,9 dəfə), 27 mln. 569,5 min dollar dəyərində 7 min 801,7 ton kərə yağı və süd (artım 26,3%) idxal edilib.

Birinci yarımillikdə respublikaya 32 mln. 277,1 min dollar dəyərində 37 min 359,8 ton meyvə (azalma 5,3%), 20 mln. 647,1 min dollar dəyərində 110,6 min ton kartof (artım 41,1%) idxal edilib.

Həmçinin hesabat dövründə Azərbaycana 6 mln. 124,8 min dollar dəyərində 2 min 329,7 ton mal əti (azalma 31,5%), 6 mln. 159,1 min dollar dəyərində 7 min 712,6 ton quş əti və digər ət məmulatları (artım 2,6 dəfə) gətirilib.

скачать dle 12.1
Xəbər lenti