Səhəsi 100 000 kv.metr olan şirkət 50 min manata satılır

2-09-2016, 17:40
1 145
Səhəsi 100 000 kv.metr olan şirkət 50 min manata satılır

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı  hərracların  keçirilməsinə 13 gün qalıb. Komitədən verilən xəbərə görə, hərraclarda ümumilikdə 50 dövlət əmlakının özəlləşdirilməyə çıxarılacaq.

Hərraca çıxarılan əmlaklardan 25-i respublikanın müxtəlif bölgələrində yerləşən açıq səhmdar cəmiyyətləridir. Hərracda onların  səhm paketinin 30 faizi satışa çıxarılacaq. Bu səhmdar cəmiyyətləri iqtisadiyyatın müxtəlif sahələri, ö cümlədən sənaye, inşaat, nəqliyyat, xidmət və s. sahələri əhatə edir.

Onlardan biri Lənkəran rayonu, Liman şəhəri  “Lənkəran Broyler” Açıq Səhmdar Cəmiyyətidir. Müəssisə 1976-cı ildə istifadəyə verilib. 1998-ci ildə “Azərquşsənaye” Dövlət Şirkətinin Lənkəran Broyler Quşçuluq Fabrikinin bazasında “Lənkəran Broyler” ASC yaradılıb. İndi cəmi 1 nəfər  içşisi qalıb.

Müəssisə əsasən, quş ətinin istehsalı və satışı ilə məşğuldur. ASC-nin nizamnamə kapitalı 331 234  manat,  buraxılan  səhmlərin ümumi sayı 165 617 ədəd olub. Adi, sənədsiz adlı səhmlərin  115 328 ədədi (69.64%) artıq satılıb. Səhmlərin  30.36%-lik hissəsi – 50 289 ədədi isə hərracda satılac aq. 1 səhmin qiyməti 2 manatdır.

Səhm paketinin ilkin satış qiyməti isə (50% güzəştlə)  50 289  manat müəyyən edilib. 

скачать dle 12.1
Xəbər lenti