“Azərbaycan saatı”na haker hücumu

28-10-2016, 16:08
1 331
“Azərbaycan saatı”na haker hücumu

“Azərbaycan saatı” teleproqramının saytı (www.azerbaycansaati.tv) oktyabrın 28-də kiber-hücuma məruz qalıb. Sayt SOCAR-ın prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin Türkiyədə Gülən şəbəkəsi ilə əlaqələrdə şübhəli bilinərək saxlandığı haqda xəbər yayandan sonra onun fəaliyyətində problemlər yaşanmağa başlayıb. Sayta giriş qısa fasilələrlə tez-tez dayanır.

Saytın rəhbərliyi məlumat verir ki, yaranan problem kiber-hücumla bağlıdır. Güman ki, hücum Rəşad Abdullayevlə bağlı xəbərə görədir və bunu Rövnəq Abdullayev təşkil etdirib. Hər halda R.Abdullayevin bunu etdirə bilmək üçün geniş imkanları var. “Azrəbaycan saatı”ının rəhbəri Qənimət Zahid belə deyir. “Rövnəq Abdullayevin imkanları genişdir. Oğlunun Türkiyədə Fətullahçı birisi olaraq həbs edildiyi xəbərini yaydıq, dərhal fəaliyyətə keçib saytı vurmağa başladı. Biz saytı bərpa edəcəyik, amma vay onun halına…”, – deyə Q.Zahid əlavə edir.

скачать dle 12.1
Xəbər lenti