Qarabağ qazisi prezidentə müraciət etdi

12-09-2015, 18:45
0
Qarabağ qazisi prezidentə müraciət etdi
Tutu ləqəbli Qarabağ qazisi Rüxsarə Cumayeva təcili əməliyyat olunması üçün ölkə başçısına, rəhbər orqanlara müraciət edərək yardım istəyib. O, bu barədə sosial şəbəkədə məlumat yayıb: “Hörmətli prezidentə, birinci xanıma, nazir, deputat və məmurlara müraciət edirəm. Ən əsası da mənim dəyərli, kasıb xalqıma. Çox xahiş edirəm ki, mənim 7-ci dəfə əməliyyat olunmağıma köməklik edəsiniz. Mənim balaca Rəqsanəm tək və anasız qalmasın. Onsuz da qızımı illərə atasız böyütdüm. Gözəl balam keçirdiyim 6 uğursuz əməliyyatdan sarsılıb. 
 
Ürəyinizdə Allah xofu varsa məni ayağa qaldırın. Allah hər birinizi qorusun.
 
Məni bağışlayın ki, dilənçilik etdim. Bu gözəl məmləkətimdə çox utanıram”.
 
Xatırladaq ki, bu yaxınlarda 6-cı dəfə ayağından əməliyyat olunan Qarabağ qazisi Rüxsarə Cumayeva bir neçə gün bundan öncə müvazinatını itirərək yıxılıb. Nəticədə sol ayağı protezindən ayırılıb və orqanizmində ciddi fəsadlar yaradıb. Həkimlərin müayinəsindən sonra isə məlum olub ki, qazi xanım yenidən təcili əməliyyat edilməlidir və bu əməliyyat üçün 20 min manat pul lazımdır. 
скачать dle 12.1
Xəbər lenti