Agentlik bağlandı, həbslər başladı

15-09-2012, 20:57
0
Agentlik bağlandı, həbslər başladı

 Bu gün Dünya Xəbərləri informasiya Agentliyinin (DXİA) ofisinə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi əməliyyat qrupu tərəfindən basqın edilib.

 

 Agentliyin  Baş redaktor Səkinə Bayramova, siyasət şöbəsi redaktoru Tapdıq Qurbanlı və texniki işlər üzrə çalışan Səadət Əliyeva saxlanılıb.

 

 Siyasət şöbəsi müxbiri Mikayıl Əsədov haqqında da saxlanılma qərarı olduğundan onu da həbs etmək istəyiblər. Lakin Mikayil Əsədov ofisdə olmayıb və onun axtarışı başlanılıb.

 

 Əldə etdiyimiz məlumata görə siyasət şöbəsi müxbiri Mikayıl Əsədov qaçmağa müvəffəq olub. Hazırda onun harda olmasından xəbər yoxdur.

 

 Bu haqda MTN mətbuat xidmətinə müraciət etsək də, qarşı tərəf suallarımızı cavablandırmayıb.

 

 Qeyd edək ki, bu il ölkə çapında gənc fəallar, siyasətçilər və jurnalistlərə qarşı repressiya siyasətinə start verilib. Agentliyə edilən hücum da bunun tərkib hissəsi kimi qiymətləndirilir.

 

 Bir neçə ay öncə jurnalist Hilal Məmmədovun həbsi də bu dalğanın başlanğıcı idi. 

скачать dle 12.1
Xəbər lenti