Aparıcı Zaurun vəziyyəti pisləşdi

29-10-2018, 15:02
31 902
Aparıcı Zaurun vəziyyəti pisləşdi

Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində hipertonik kriz keçirib.

 

Aparıcı "Zaurla Günaydın" verilişinin bugünkü buraxılışında özü məlumat verib. O bildirib ki, hadisə 2 gün əvvəl "Bizimləsən"in çəkilişlərində baş verib.

"Bir saat efirə çıxa bilmədim. Çünki halım yaxşı deyildi. Verilişə çıxıb insanların üzərinə yıxılmaq istəmədim. Mən reytinqə işləmirəm, öz hayımda idim", - deyərək Z.Baxşəliyev reytinq naminə efirdə huşunu itirən həmkarlarına söz atıb.

Məlumat üçün bildirək ki, bir neçə həftə əvvəl aparıcı Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" verilişində halı pisləşmişdi.

скачать dle 12.1
Xəbər lenti