Arif Məlikov vəfat edib

15-05-2019, 18:36
32 186
Arif Məlikov vəfat edib

Məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov 85 yaşında vəfat edib. Bunu Mədəniyyət Nazilriyindən bildiridilər.

Nazirlikdən verilən məlumata görə, bu gün –  mayın 9-da Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında vida mərasimi keçirilib.

A.Məlikov bu gün I Fəxri Xiyabanda dəfn olunub.

Xatırladaq ki, A.Məlikov 1933-cü il sentyabrın 13-də Bakıda anadan olub. 1960-ci ildə Üzeyir Hacıbıyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlır sinfi üzrə bitirib.A.Məlikov öz yaradıcılıq təbiətinə görə simfoniyaçıdır, Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirir.

Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində – Rusiya, ABŞ, Fransa, Yaponoya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir və s. ölkələrdə ifa edilib. 2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət “Not əsərlərinin tam külliyyatı” çap olunub.

скачать dle 12.1
Xəbər lenti