91-lərdən biri də danışdı

17-09-2015, 22:37
0
91-lərdən biri də danışdı

Xeyrəddin Qoca: “Bizi saymayanları biz də saymırıq”

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun YAP Səbail rayon təşkilatı Şurasının üzvü Əli Əlirzayev və digər partiya funksioneri Eldar Sabiroğluna yönəlik ittihamlarına qarşı tərəf sərt reaksiya verib.
Belə ki, S. Novruzovun “Ə. Əlirzayevi biz dəstəklədik, amma xalq seçmədi” iddiasını Ə.Əlirzayev cavabsız qoymayıb. Sabiq millət vəkili söyləyib ki, onlar YAP-da ciddi işlərlə məşğul olanda S. Novruzov harda idi?
Bundan başqa, E. Sabiroğlu da S. Novruzovun keçmiş parlamentarilərə qarşı başlatdığı “qara piar” kampaniyasını ciddi tənqid edib. Sabiq millət vəkili Azpolitika.info-ya bildirib ki, S. Novruzovun yüksək vəzifələrə çəkilməsində onun böyük rolu olub. Amma buna təəssüflənir…
S. Novruzov isə öz növbəsində sabiq silahdaşlarına qarşı növbəti geniş yazı ilə çıxış edib. Bu yazı ilk növbədə “91-lər”-ə soyuq münasibətlə yadda qalıb.
“91-lər”-ə qarşı bu ögey münasibəti dəyərləndirən YAP-ın qurucularından sayılan sabiq millət vəkili, yazıçı-publisist Xeyrəddin Qoca AİM.Az-a bunları söyləyib: “Bizi saymayanları biz də saymırıq. Bizi tanımayanları biz də tanımırıq”.

скачать dle 12.1
Xəbər lenti