Ev almağa hazırlaşanlar üçün mühüm xəbər (VİDEO)

18-09-2015, 15:35
0
Ev almağa hazırlaşanlar üçün mühüm xəbər (VİDEO)
Mənzil alarkən vətəndaşların ən çox çətinlik çəkdiyi məsələlərdən biri də etibarlı tikinti şirkətini tanımaqdır. Çünki tikinti şirkətlərinin bir mənzili bir neçə nəfər satması yaxud inşaatı yarımçıq qoyması və ya gecikdirməsi hallarına dəfələrlə rast gəlinib. Belə hallarla üzləşməmək üçün bəzi məsələhtlərə qulaq asmaq lazımdır.
Bakıda vətəndaşların əksər hissəsi əlində iri həcmdə pul kütləsi olmadığından yeni tikilmiş binalardan hissə-hissə ödəmək şərti ilə mənzil alır. Ancaq tikinti şirkətlərinin sonradan verdiyi vədlərə əməl etməməsi mənzil sahibi olmaq əvəzinə insanlara əlavə problem yaradır.
Bəs etibarlı tikinti şirkətini necə müəyyən etmək olar? Mütəxəssislər bildirir ki, mənzil almazdan qabaq tikinti şirkəti haqqında təfərrüatlı araşdırma aparmaq vacibdir.Aztəminatlı ailələr üçün ekspertlərin məsləhətləri var.
Tikinti şirkətinin ən çox diqqət edilməli olan məlumatlarından biri də onun cəmiyyətə, müştərilərinə nə qədər açıq məlumatlı olmasıdır.
Digər tikinti şirkətlərinin təklif etdiyi qiymətlərdən xeyli ucuz qiymət təklif olunması özü də əslində şirkət haqqında alıcıya əlavə məlumat verir.
Ekspertlər bildirir ki, mənzil satışında şirkətlərin etibarlı olduğunu müəyyənləşdirməkdə çətinlik daha çox aztəminatlı ailələr üçün nəzərdə tutulan binalarda yaşanır. VİP mənzillər tikən şirkətlərdə alıcıların aldadılması hallarına demək olar ki, rast gəlinmir. Çünki bu sahədə fəaliyyət göstərən şirkətlər çox azdır və artıq bazarda öz yerlərini tutublar.
скачать dle 12.1
Xəbər lenti